İdman

gimnastikadan

başlayır

DMİTRİ FİLONOV

10 sentyabr 2008

DMİTRİ FİLONOV

Bu gün, idman gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Dmitri Filonov ömrünün 82-ci ilində vəfat etmişdir.

Son zamanlar Dmitri Semyonoviç ağır xəstə idi, lakin buna baxmayaraq, o, ətrafdakılara büruzə verməmək və səhhəti ilə olan problem haqda danışmamağa çalışaraq, xəstəliklə mərdcəsnə mübarizə aparırdı.

Xəstəliyə qalib gəlməyə cəhd göstərərək, o, əvvəlki kimi gimnastlarını qarşıda gələn turnirlərə hazırlayır və bununla öz işi və məşq etdirdiyi gimnastlara öz sevgisini nümayiş etdirirdi.

Lakin nəticədə xəstəliyin güclü olduğu aşkar olundu və həmişə mehriban və gülərüz, yetişdirdiyi idmançıların uğurlu çıxışları zamanı bəzən sentimental olan insanın ürəyi dayandı.

Azərbaycan Gimnastika Federasiyası və ölkənin bütün gimnastika ictimaiyyəti Dmitri Filonovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı bildirir.

Allah rəhmət eləsin