İdman

gimnastikadan

başlayır

Dünya çempionatının ikinci günündə gimnastımız finalda mübarizə aparıb

16 sentyabr 2022

Dünya çempionatının ikinci günündə gimnastımız finalda mübarizə aparıb

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə keçirilən 39-cu dünya çempionatının ikinci günündə gimnastlar fərdi proqramda lent və gürzlərlə bacarıqlarını nümayiş etdiriblər. 
Dünən halqa ilə hərəkətlərin icrasında finala yüksələrək 6-cı pillədə qərarlaşan yığmamızın üzvü, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirovanın lentlə hərəkətlərin icrasında təsnifat mərhələsindəki çıxışı uğurlu olub. Belə ki, idmançımız dünyanın bir sıra güclü gimnastlarını geridə qoyaraq 29.950 xalla dördüncü pillədə qərarlaşıb. Final mərhələsində idmançımız çıxışını 5-ci pillədə başa vurub. İdmançımız sentyabrın 17-də çoxnövçülük proqramında qüvvəsini sınayacaq.
Qeyd edək ki, sabah qrup hərəkətləri üzrə yığma komandalar mübarizəyə qoşulacaq. Avropa çempionatının üçqat bürünc, V  İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan komandamızın üzvləri 3 lent və 2 top eləcə də, 5 halqa ilə proqramlarını nümayiş etdirəcəklər.