İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Akrobatika gimnastikası üzrə Dünya çempionatında üç növ üzrə finala çıxıb

10 mart 2022

Azərbaycan gimnastları Akrobatika gimnastikası üzrə Dünya çempionatında üç növ üzrə finala çıxıb

Bakıda keçirilən Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının ilk günü təsnifat yarışları keçirilib. Bu mərhələdə qadın və kişi cütlükləri, qarışıq cütlüklər balans və temp, qadın qrupları temp, kişi qrupları balans hərəkətləri üzrə təsnifat mərhələsində proqramlarını nümayiş etdiriblər.
Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz təsnifat mərhələsində birinci pilləyə yüksələrək balans hərəkətlərində 28,760 xalla finala vəsiqə qazanıblar.
Gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz isə balans və temp hərəkətində çıxışlarını nümayiş etdiriblər. İdmançılarımız balans hərəkətlərində 27.520 xalla 3-cü, temp hərəkətlərində isə 26,600 xalla 5-ci pillədə  qərarlaşıblar.  Bununla da, təmsilçilərimiz hər iki hərəkət üzrə finala adlayıblar.
Sabir Ağayev və Mehriban Salamovadan ibarət qarışıq cütlüyümüz balans hərəkətində çıxış edərək təsnifat yarışlarını 26,890 xalla 8-ci pillədə başa vurub.