İdman

gimnastikadan

başlayır

Dünya gimnastika ulduzlarının həyəcanlı mübarizəsi sona çatdı 

10 mart 2024

Dünya gimnastika ulduzlarının həyəcanlı mübarizəsi sona çatdı 

İdman gimnastları üçün böyük əhəmiyyət daşıyan Dünya kubokunun Bakı mərhələsinə yekun vuruldu. 
7-10 mart tarixlərində tamaşaçılar dünya gimnastika ulduzlarının bir-birindən maraqlı, həyəcanlı və peşəkar çıxışların şahidi oldular. Rekord sayda ölkə (67 ölkə) iştirakçılarının mübarizə apardığı yarış Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından yarışda rəqbət daha da güclü idi. 
Kubokda ölkəmizi kişilər arasında 5, qadınlar arasında 1 idmançı təmsil etdi. Bugünlərdə Almaniyanın Kottbus şəhərində qızıl medal qazanan komandamızın əsas medal ümidlərindən olan təcrübəli idmançımız Nikita Simonov təəssüf ki, doğma divarlar arasında istədiyi nəticəyə nail ola bilmədi. 
İdmançımız halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini 9-cu pillədə başa vurdu. 
Komandamızın gənc üzvü, ötən ildən etibarən böyüklər arasında yarışlarda çıxış etməyə başlayan Nazənin Teymurova isə dayaqlı tullanmada 13-cü yerdə qərarlaşıb. 
Paralel qollarda İvan Tixonov 17-ci pilldə yer aldı. 
Bu ildən etibarən böyüklər arasında çıxış etməyə başlayan millimizin üzvləri Rəsul Əhmədzadə, Mənsum Səfərov ayrı-ayrı hərəkətlər üzrə çıxışlarını təqdim etdilər. Təəssüf ki, təmsilçilərimiz həlledici mərhələyə vəsiqə qazana bilmədilər.  
Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Kişilər arasında kuboka Azərbaycan milli komandasının idmançısı İvan Tixonov layiq görüldü. 
Qadınların yarışında isə bu mükafata çinli Siu Du sahib çıxdı.