İdman

gimnastikadan

başlayır

Dünya kuboku başa çatıb 

18 fevral 2024

Dünya kuboku başa çatıb 

15-18 fevral tarixlərində Misirin paytaxtı Qahirə şəhərində idman gimnastikası üzrə Dünya kuboku keçirilib. Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan ilin ilk startında ölkəmizi yığma komandamızın üzvləri, kişilər arasında Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, qadınlar arasında isə Nazənin Teymurova təmsil edib. Komandamızın üzvlərindən ən yaxşı nəticəni Nikita Simonov qazanıb. Halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsində 3-cü olan idmançımız finalda 14.433 xalla 6-cı pillədə qərarlaşıb. 
Komandamızın digər üzvü İvan Tixonov turnikdə 21-ci, dayaqlı tullanmada 25-ci, dəstəli atda 46-cı nəticəni göstərib.
Dünya kubokunda ilk dəfə böyüklər arasında çıxış edən Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə 44-cü, paralel qollarda 47-ci, dəstəli atda 48-ci pillədə qərarlaşıb. 
Mənsum Səfərov turnikdə 42-ci, sərbəst hərəkətlərdə 52-ci olub. 
Qadınlar arasında çıxış edən yığma komandamızın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərdə 33-cü, gimnastika tirində 39-cu yeri tutub.  
Qarşıda idmançılarımızı 22-25 fevral tarixlərində Almaniyanın Kotbus şəhərində keçiriləcək daha bir Dünya kuboku gözləyir.