İdman

gimnastikadan

başlayır

Dünya kubokunda millimizin ilk medalı

20 aprel 2024

Dünya kubokunda millimizin ilk medalı

Milli Gimnastika Arenasında davam edən Dünya kubokunun 2-ci günü uğurla tamamlandı. Gimnastlarımız bu gün millimizin hesabına Dünya kubokunda qazanılan ilk medalı qeydə aldılar. Belə ki, bədii gimnastika üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova çoxnövçülük proqramında yüksək nəticəyə nail olaraq, bürünc medal sahibləri oldular. İdmançılarımızın çıxışı hakimlər tərəfindən 69.050 xal ilə qiymətləndirildi, bu da onlara 3-cü sırada qərarlaşmağa imkan yaratdı. 3 lent və 2 topla çıxışlarında isə qızlarımız 32.500 xal ilə 6-cı yerdə qərarlaşdılar. 

Milli komandamızdan əlavə, yarışın 2-ci günü fərdi çıxışlar üzrə də idmançılarımız hakimlər qarşısında öz bacarıqlarını nümayiş etdilər. Belə ki, gimnastımız Zöhra Ağamirova çoxnövçülükdə 125.850 xal toplamış və 8-ci yerdə qərarlaşmışdı. 

Bütün idmançılara yarışın 3-cü günu uğurlar arzu edirik.