İdman

gimnastikadan

başlayır

Dünya kubokundan gümüş medal

22 aprel 2024

Dünya kubokundan gümüş medal

Milli komandamız, 17-20 aprel tarixlərində Qətərin Doha şəhərində keçirilən Dünya kubokundan gümüş medal ilə vətənə qayıtdılar. Gimnastımız Nikita Simonov halqalar proqramında 14.800 xal qazanaraq, ikinci yerdə qərarlaşdı. O, göstərdiyi yüksək performans ilə hər kəsi valeh etməyə bacardı. Nikita Simonov ilə paralel, milli komandamızın digər üzvləri Murad Ağarzayev (sərbəst hərəkətlər), Mənsum Səfərov (sərbəst hərəkətlər və turnik), İvan Tixonov (dəstəli at, paralel qollar və turnik), Rəsul Əhmədzadə də (dəstəli at və paralel qollar) yarışda mübarizə aparıblar. Qadın idman gimnastikası üzrə idmançımız Nazənin Teymurova isə təsnifat yarışlarının nəticələrinə əsasən 2 proqram üzrə final mərhələsinə vəsiqə qazanıb. O, dayaqlı tullanma və gimnastika tiri alətlərində 12.666 və 12.700 xal toplayaraq hər iki proqramda 8-ci yerdə qərarlaşıb. 

Nikita Simonovu federasiyamız adından təbrik edirik! 

Komandamıza, 24-28 aprel tarixlərində Italiyanın Rimini şəhərində keçiriləcək Avropa çempionatında uğurlu nəticələr arzu edirik.