İdman

gimnastikadan

başlayır

Dünya kubokundan iki bürünc medal 

13 iyun 2022

Dünya kubokundan iki bürünc medal 


İyunun 9-dan 12-dək Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib. Yarışda ölkəmizi kişilər arasında yığma komandamızın üzvləri İvan Tixonov, Nikita Simonov və Mənsum Səfərov təmsil ediblər. İdmançılarımızdan İvan Tixonov paralel qollarda bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nikita Simonov isə halqa ilə hərəkətlərdə uğurla çıxış edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.