09 mart 2024
Gimnastikasevərlərin bütün diqqətini cəmlədiyi Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda ilk qaliblər müəyyənləşib.
Martın 9-da bu növ üzrə dünyanın ən güclü kişi gimnastları sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadınlar isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə proqramlarını nümayiş etdiriblər.
Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış ulduz idmançıların güclü rəqabət şəraitində keçən mübarizəsi ilə yekunlaşıb.
İlk qələbə neytral idmançı statusuna malik Eqor Şramkova nəsib olub. Yaponiyalı Kazuki Minami gümüş, filippinli Karlos Yulo bürünc medal qazanıb.
Kişilər arasında paralel qollarda ukraynalı İlya Kovtun qələbəni qeyd edib. Jinqyuan Jou ikinci, Anxel Baraxas (Kolumbiya) isə üçüncü olub.
Halqalarda çinli Xao Yu qələbə qazanıb. Onun komanda yoldaşı Jinqyuan Jou gümüş, Samir Ait Səid (Fransa) isə bürünc medal alıb.
Qadınlar arasında dayaqlı tullanmada Bolqarıstan təmsilçisi Valentina Georgiyeva qızıl medal əldə edib. Bolqarıstanlı dünya çempionu həm təsnifat, həm də final mərhələsində hamıdan güclü olduğunu sübuta yetirib. Çanq-Ok An (Şimali Koreya) gümüş, panamalı Karla Navas isə bürünc medala sahib çıxıb.
Qadınlar arasında müxtəlif hündürlüklü qollarda əlcəzairli Kaylia Nemurs qızıl medal qazanıb. Təsnifat mərhələsində birinci olan idmançı Dünya kubokunu qələbə ilə başa vurub. Eliza İorio (İtaliya) gümüş, amerikalı Katelin Yunq isə ilk üçlüyü tamamlayıb.
Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Kişilərin yarışında kuboka Azərbaycan milli komandasının idmançısı İvan Tixonov layiq görülüb.
Qadınların yarışında AGF Trophy kuboku çinli Siu Duya təqdim edilib.