İdman
gimnastikadan
başlayır
01 mart 2026
Bakıda keçiriləcək İdman gimnastikası üzrə Dünya kuboku bu Olimpiya idman növünün nümayəndələri üçün əsl sınaq olacaq. 32 ölkənin gimnastlarının iştirak edəcəyi bu yarışda Azərbaycan həm təcrübəli, həm də gənc idmançılarla təmsil olunacaq. Avropa çempionatının gümüş mükafatçısı Nikita Simonovun Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kuboku mərhələsində halqalar üzrə qazandığı gümüş medal bunun bariz sübutudur.
Turnirdə idman gimnastikası üzrə dünya ulduzları da iştirak edəcək. Onların arasında 2023-cü ildə Belçikanın Antverpen şəhərində keçirilən Dünya çempionatının bürünc mükafatçısı Milad Karimi də var. Qazaxıstanlı gimnast 2025-ci ildə Kotbusda təşkil olunan Dünya Kubokunda da sərbəst hərəkətlər proqramı üzrə qızıl medal qazanıb.
Bakıda əfsanəvi və çox təcrübəli Olimpiya çempionu Oksana Chusovitina da çıxış edəcək. 49 yaşında olan və artıq Ginnesin Rekordlar Kitabına düşən özbəkistanlı gimnast uzun illərdir dünya gimnastikasının simvollarından biri hesab olunur.
Olimpiya çempionları sırasında halqalar üzrə əfsanəvi çıxışları ilə tanınan Eleftherios Petrounias, turnik üzrə Dünya çempionu və Olimpiya mükafatçısı Tin Srbic, həmçinin Pekin-2008 Olimpiadasının gümüş medalçısı Filip Ude yer alır.
Bu gimnastlarla yanaşı, birincilik uğrunda Paris-2024 Olimpiadasında qızıl medal qazanan Kaylia Nemour, Dünya çempionatlarının qalibləri və medalçıları Carlos Yulo və Nariman Kurbanov, Avropa çempionu Carlo Macchini və Olimpiya mükafatçısı Chih-Kai Lee də mübarizə aparacaq.
Bir sözlə, bizi yüksək rəqabətli və həyəcanlı bir turnir gözləyir.