İdman

gimnastikadan

başlayır

DURUNDA DÜNYADA BEŞİNCİDİR

29 avqust 2013

DURUNDA DÜNYADA BEŞİNCİDİR

Gimnaastımız Marina Durunda lentlə olan hərəkətlərin final mərhələsinə yüksəlib. Finalda hakimlərdən 17.5 bal alıb ki, bu da ona 5-ci pilləni rusiyalı gimnast Marqarita Mamunla bölüşməyə imkan verib.

Eyni zamanda çoxnövçülük üzrə seçmə mərhələdə Durunda doqquzuncu, Lalə Yusifova isə on yeddinci pilləni tutub. Hər iki gimnast avqustun 30-da çoxnövçülük üzrə finalda mübarizə aparacaq 24 idmançı siyahısına daxil olub.

Durunda dünya çempionatında ilk əhəmiyyətli uğura nail ola bilib. Lentlə olan hərəkətlərdə o finala çıxıb və daha təcrübəli rəqiblər arasında yüksək beşinci pilləni tutub.

Durunda bildirib: "Daha əvvəl mən bu cür yarışda iştirak edəcəyimi heç xəyal etmirdim, hələ finalda iştirak edəcəyimi demirəm. Siz özünüz buradakı rəqabətin nə qədər güclü olduğunu görürsünüz və mənə bu çempionatın mənim üçün necə uğurlu formalaşdığını anlaşmaq xoşdur. Lakin bütün bunlara mən baş məşqçi Mariana Vasilevasız nail ola bilməzdim. Təbii ki, mən final mərhələsinə çıxdığımı biləndə bu mənim üçün bayram oldu. Xüsusən də lentlə olan tapşırıq ayrı-ayrı növlərdə ən yaxşı səkkizliyə daxil olmaq üçün son cəhd idi. Bu tapşırıq mənim xoşuma gəlir!".

Çoxnövçülük üzrə finalda Durunda və Yusifova onlar özlərini yenidən göstərməlidirlər. Gimnast ümid edir ki, onlar seçmə mərhələdə göstərdikləri nəticələri yaxşılaşdıracaqlar.

O bildirib: "Arenanın bütün tərəflərindən səslənən azərbaycanlı azarkeşlərin səslərini eşitmək olduqca xoş idi. Belə atmosferdə çıxış etmək olduqca zövqlü idi".