İdman

gimnastikadan

başlayır

Əcnəbi qonaqlara Novruz adət-ənənələri nümayiş etdirilib

08 mart 2022

Əcnəbi qonaqlara Novruz adət-ənənələri nümayiş etdirilib

Bu gün Azərbaycanda yel çərşənbəsi qeyd olunur. Novruz bayramı ərəfəsində keçirilən çərşənbə münasibətlə Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında yerli idmançılar, eləcə də martın 10-13-də paytaxtımızda keçiriləcək Akrobatika gimnastikası üzrə Dünya çempionatı ilə əlaqədar paytaxtımıza səfər edən xarici ölkə nümayəndələri və yarış iştirakçıları üçün bayram tədbiri keçirilib.

Mərasimdə əcnəbi qonaqlara Novruz adət-ənənələri nümayiş etdirilib.  Milli Gimnastika Arenasının həyətində  bayram tonqalı yandırılıb. Qonaqlar onun üzərindən tullanıblar.
Tədbirdə Azərbaycanın milli mahnı və rəqsləri ifa olunub. Novruz bayramının məşhur personajları olan Keçəl və Kosa milli adətlərə uyğun müxtəlif oyunlar və səhnəciklər göstəriblər.  
Əcnəbi qonaqlar Azərbaycanda milli bayramı qarşılamaqdan məmnun olduqlarını ifadə ediblər.