İdman

gimnastikadan

başlayır

ELVİN VƏ ŞAKİR BOSFOR KUBOKUNUN MEDALÇILARIDIR!

15 sentyabr 2008

ELVİN VƏ ŞAKİR BOSFOR KUBOKUNUN MEDALÇILARIDIR!

Azərbaycanın 14 yaşlı idman gimnastı Elvin Ağadədəyev İstanbulda keçirilən “Bosfor Kuboku” adlı beynəlxalq turnirinin qızıl medalını qazanmışdır!

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, o, bütün hərəkətləri səhvsiz yerinə yetirərək, birinci yerə gimnastika atı üzərində final çıxışına görə layiq görülmüşdür.

- Amma bu hələ hamısı deyil, - deyə, arbitrlar kollegiyasında çıxışları ədalətlə qiymətləndirən beynəlxalq dərəcəli hakim Rza Əliyev sevinclə bildirir. – Elvin İstanbuldan hələ bürünc medal da gətirir. O, bu medal üğrunda paralel qollar üzərində mübarizə aparmış və onun çıxışı böyük məvəffəqiyyətə səbəb olmuşdur. O, yüksək səviyyəli çıxış nümayiş etdirmişdir və buna görə də hakimlərin rəğbətini qazanmış, dünya mütəxəssisləri onun haqda yüksək fikirlər söyləmiş və rəqiblərini heyran etmişdir. Bundan əlavə, bu Elvinin beynəlxalq meydanda ilk çıxışı idi və onun debütü – Ahmet Cömert adına idman kompleksində Azərbaycanın möhtəşəm himni və üç rəngli bayrağı qaldırması ilə necə də uğurlu alındı!

Komandanın yalnız gümüş medalı çatmırdı, onu da yığmanın lideri, seniorlar qrupunda çıxış edən Şakir Şıxəliyev əldə etdi. Sonuncu Avropa çempionatının iştirakçısı paralel qollar üzərində mürəkkəb kombinasiyaya görə, təcrübəli fransız gimnastını qabaqlayaraq, ikinci yerdə qərarlaşmışdır.

- Bu, 1995-ci ildən bəri idman gimnastikasında Azərbaycanın ilk böyük uğurudur, - deyə məşqçi Rüfət Abasov xatırlayır. – Yadımdadır necə bizim Kamran Fərzəliyev İranda keçirilən yarışlarda ayrı-ayrı finallarda kürsüdə dayanmışdı.

Bu qələbəyə aparan yol aramsız təlim-məşq toplanışlarından keçmişdir: Elvin həm Bakıda, həm də Moskvada məşq edirdi, Şakir isə Minskdə keçirilən üç aylıq məşqlər keçmişdir. Onların qələbənin nə olduğunu hiss etmələri onlarla çalışmış bütün mütəxəssislərin əməyidir.

İndi gimnastlar növbəti yarışlara: ilk olaraq noyabr ayında Ştutqartda keçiriləcək Dünya kuboku mərhələsinə hazırlaşacaqlar. Oktyabr ayından isə başlayaraq, Ş. Şıxəliyev qarşıda gələn turnirdə daha yaxşı çıxış etmək və optimal fiziki formasını itirməmək üçün Almaniyaya təlim-məşq toplanışlarına yollanacaq.