İdman

gimnastikadan

başlayır

Sofiyadan daha 2 medal

24 noyabr 2022

Sofiyadan daha 2 medal

Yarışın ikinci günü, noyabrın 24-ü Sofiya şəhərində keçirilən Dünya Yaş Qrupları yarışlarında iştirak edən Azərbaycan milli yığma komandası üçün məhsuldar bir gün oldu.  Belə ki, Əliyev Tofiq və Hacızadə Adil 17-21 yaş kateqoriyasında tamblinq üzrə çıxışlarını nümayiş etdirdilər. Tofiq Əliyevin qazandığı gümüş medal komandamız üçün sayda ikinci oldu.
Bu gün batut gimnastikası üzrə fərdi proqramda 15-16 yaş kateqoriyasına daxil olan Mahsudov Maqsud, Abbasov Hüseyn, Mirzəyev Nicat və Əliyev Mehdi çıxış etdilər. Mahsudov Maqsud 3-cü, Abbasov Hüseyn isə 6-cı yerə layiq görüldü. 13-14 yaş kateqoriyasında Şabanova Ayan və Hümbətova Şəfiqidən ibarət qadın cütlüyü, eləcə də kişi cütlüyü - Mustafazadə İbrahim və Niftəliyev Əli sinxron proqramda çıxış etdilər. Təsnifat mərhələsinin nəticələrinə əsasən kişi cütlüyü finala vəsiqə qazandı.
Sabah – yarışların üçüncü günündə gimnastlarımız yığmamızın üzvləri çıxışlarını davam etdirəcəklər. Tamblinq üzrə gimnastlarımız Qurbanov Bilal və Əsədullayev Hüseyn 15-16 yaş kateqoriyasında çıxış edəcəklər. Sinxron batut gimnastikası proqramı üzrə gimnastlarımız - Mahsudov Maqsud və Abbasov Hüseyn, həmçinin Mirzəyev Nicat və Əliyev Mehdi 15-16 yaş kateqoriyasında qüvvələrini sınayacaqlar.