İdman

gimnastikadan

başlayır

AEROBİKA TƏMSİLÇİLƏRİNİN AVROPA DEBÜTÜ

09 noyabr 2015

AEROBİKA TƏMSİLÇİLƏRİNİN AVROPA DEBÜTÜ

Portuqaliyanın Elvas şəhərində aerobika gimnastikası üzrə Avropa Çempionatı sona çatdı.

Ölkəmizdə inkişafı 2013-cü ildən başlamış bu idman növü üzrə qitə Çempionatında Azərbaycan ilk dəfə təmsil olundu.

Başlanğıc olaraq, Vladimir Dolmatov kişilərin fərdi yarışlarında çıxış etdi. O, 20.150 xalla 20 iştirakçı arasında 13-ü yeri tutdu.

Daha sonra isə yarışlara Aynur Cabbarlı, Vladimir Dolmatov, Vera Bosıx, Elçin Məmmədov və Timur Ələkbərovdan ibarət qrup qatıldı. Komanda finala vəsiqə qazandı və nəticədə 6-cı yerdə qərarlaşdı. Hakimlər təmsilçilərimizin çıxışlarını 19,269 xalla qiymətləndirdilər.

Xatırladaq ki, Bakıda 1-ci Avropa Oyunları çərçivəsində keçirilən aerobika üzrə yarışlarda qrup təsnifat mərhələsində 17.383 xalla 10-cu yeri tutmuşdu.

Bütün aerobika həvəskarlarını təbrik edir və gələcəkdə də təmsilçilərimizin bu sürətlə irəliləyəcəyinə ümid edirik.