07 sentyabr 2021
Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
F. Qayıbov 2006-2017-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının Baş katibi vəzifəsində çalışmış, 2017-ci ildən isə Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir və müvafiq olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.
F. Qayıbov, ölkəmizdə gimnastika növlərinin təşviqi və təbliği sahəsində böyük xidmətlər göstərmişdir.
Uzun illər idman sahəsində fəaliyyət göstərən F. Qayıbov təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda da idmanın inkişafına öz töhfəsini vermişdir.
Gimnastika ailəsinin bir üzvü olan Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə bütün gimnastika ictimaiyyəti adından ürəkdən təbrik edir və yeni fəaliyyətində ona müvəffəqiyyətlər arzu edirik!