İdman

gimnastikadan

başlayır

FIG Azərbaycan akrobatika gimnastikası nümayəndələrinin tarixi uğurlarını qeyd edib

25 sentyabr 2024

FIG Azərbaycan akrobatika gimnastikası nümayəndələrinin tarixi uğurlarını qeyd edib

Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz rəsmi saytında sentyabrın 19-dan 22-dək Portuqaliyanın Gimarayes şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının nəticələrinə yekun vurub. Xüsusilə, turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc mükafatı qazanaraq yeni tarixi yazan Azərbaycan təmsilçilərinin uğurları qeyd edilib. “Bu, Azərbaycan gimnastikası tarixində əla bir gün idi. Qarışıq cütlük Raziyə Seyidli & Ağasif Rəhimov və kişi cütlüyü Daniel Abbasov & Murad Rəfiyev iki dəfə çempion tituluna layiq görülərək komandanın liderliyini nümayiş etdirdilər. Bu Azərbaycan akrobatika gimnastikasının böyük nailiyyətidir. Qarışıq və balans hərəkətlərində qalib gələn idmançılar temp hərəkətlərində də bürünc medallara layıq oldular. Kişi qrupu da bürünc medalları qazanıb və bir gün ərzində Azərbaycan milli komandasının üçün ümumilikdə dörd mükafat qazandırıb. Bu, Akrobatika Gimnastikası üzrə komandanın Dünya Çempionatında ən güclü çıxışı oldu. Ümumilikdə ölkə səkkiz medal qazanıb”, - FIG saytında qeyd olunur.