01 may 2017
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Fəxri doktor"u adına layiq görülüb.
Fəxri adın təqdimatı mərasimində çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev Azərbaycan Gimnastika Federasiyasına və onun prezidenti, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya təhsil ocaqlarında islahatların həyata keçirilməsində göstərdiyi köməyə və dəstəyə görə öz minnətdarlığını bildirib. Hacıyev, Azərbaycanın qısa müddət ərzində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) aparıcı üzvlərindən birinə çevrildiyini qeyd edib.
Onun sözlərinə görə, M.Vatanabenin bu idmanın və Olimpiya hərəkatının inkişafına verdiyi böyük töhfəni nəzərə alaraq, akademiyanın Elmi Şurası 28 aprel 2017-ci ildə FIG-nin prezidentinə "Fəxri doktor" adının verilməsi barədə qərar qəbul edib.
M.Vatanabe öz növbəsində Bakıda olduğuna, belə yüksək və şərəfli mükafata layiq görüldüyünə görə çox şad olduğunu bildirdi.
"Bu təkcə mənim üçün yox, bütün gimnastika ailəsi üçün böyük mükafatdır. Mən bütün gimnastika ailəsi adından sizə minnətdarlığımı bildirmək istərdim. Ölkənin Birinci vitse-prezidenti və Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Federasiya haqqında danışarkən dostum, Federasiyasının baş katibi Fərid Qayıbovu da xüsusi qeyd etmək istərdim", - Vatanabe deyib.
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Bədən tərbiyəsi və İdman Akademiyasının 1930-cu ildə yaradıldığını və mövcud olduğu 87 il ərzində Morinari Vatanabe daxil olmaqla 21 nəfərin "Fəxri doktor" adına layiq görüldüyünü bildirib.
"Morinari Vatanabenin dünya gimnastikasına verdiyi töhfələri nəzərə alsaq, bu, bizim üçün böyük şərəfdir. Bu idman növü bizim üçün prioritetdir və çox sevinirik ki, ölkədə gimnastika inkişaf edir, xüsusilə uşaqlar arasında daha da populyarlaşır. Azərbaycanda bir çox beynəlxalq gimnastika yarışları keçirilir və biz bu işə davam edəcəyik ", - deyə Rəhimov deyib.
Vatanabe həmçinin akademiyanın gimnastika zalı ilə də tanış olub. Zalda yaradılmış şəraitdən razılığını bildirərək, buranın müasir gimnastika alətləri ilə təchiz olunduğunu da vurğuıayıb.
BGF-nin prezidenti idmançı, məşqçi və tibbi heyətlə salamlaşdıqdan sonra, gimnastika xalçasında xatirə şəkli çəkdirilib.