İdman

gimnastikadan

başlayır

Finalın bir addımlığında

20 sentyabr 2021

Finalın bir addımlığında

İki illik fasilədən sonra yenidən aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib.

17-19 sentyabr tarixlərində İtaliyanın Pesaro şəhərində təşkil edilmiş yarışda ölkəmizi Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil edib.

Dünya çempionatının finalçısı Vladimir Dolmatovu Avropanın ən güclü 8 idmançısı sırasında yer almaqdan cəmi bir addım ayırıb. Belə ki, çempionatın həlledici final mərhələsinə adlamaq üçün Vladimirin cəmi 0,200 xalı çatmayıb və o, 9-cu yerdə qərarlaşıb.

Akrobat kimi bir sıra irimiqyaslı yarışların mükafatçısı olan və aerobika gimnastikası üzrə yarışlarda bu ildən etibarən iştirak edən Nurcan da, təəssüf ki final mərhələsinə vəsiqə qazana bilməyib.

Avropa çempionatında ilk dəfə iştirak edən Dilarə Qurbanova gənc gimnastlar arasında yarışda 28-ci olub.