13 may 2017
IV İslam Həmrəyliyi Oyunlarının proqramına ilk dəfə daxil edilmiş bədii gimnastika üzrə yarışlarda qızlarımız ilk mükafatı – “Qızıl” medalı əldə etdilər.
Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında 128.200 xal toplayaraq ilk pilləyə yüksəlməyi bacardılar.
Gümüş medalı 123.850 xalla Özbəkistan yığması, bürünc medalı isə 101.605 xal toplayaraq Türkiyə komandası əldə etdi.
Qeyd edək ki, Marina Durunda və Jalə Piriyevə hər 4 alətlə final mərhələsinə vəsiqə qazanıblar.
Zöhrə Ağamirova da xal hesabı ilə bütün finallara düşməyi bacardı. Lakin, qaydalara əsasən hər ölkədən yalnız 2 gimnast finalda iştirak etmək hüququna malik olduğundan o, finallarda çıxış etməyəcək.