13 fevral 2012
Azərbaycan gimnastları yeni Olimpiya mövsümünün rəsmi açılışında - Sevgililər günü ərəfəsində Estoniyanın Tartu şəhərində keçirilən "Miss Valentina" ənənəvi turnirində ilk medallarını qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin qeyd etdiyi kimi, zəriflərimiz nə az, nə çox düz 14 medal qazanıblar ki, onlardan altısı qızıldır!
Milli komandanın lideri Aliyə Qarayeva öz yüksək statusunu təsdiqləyərək top və lentlə tapşırıqda qızıl, halqa və gürzlərlə yarışda isə gümüş medal qazanıb.
Olimpiya Oyunlarının gələcək iştirakçısı olmaq uğrunda yeniyetmələr Nülufər Niftəliyeva (1998-ci il təvəllüdlü) və Jalə Piriyeva da (2000-ci il) çıxış ediblər. 12 yaşlı gimnast top və gürzlərlə yarışda birinci, halqa ilə yarışda isə ikinci yeri tutub. Nisbətən daha yaşlı olan Niftəliyeva halqa və gürzlərlə yarışda qalib gələrək lentlə tapşırığa görə turniri gümüş medalla başa vurub.
Onun yaşıdı Gülsüm Şəfizadənin çıxışı daha az uğurlu olub. Belə ki, o topla yarışı gümüş, lentlə oyunu isə bürünclə başa vurub.
Daha bir yeniyetmə 15 yaşlı Yekaterina Prokopenko lentlə yarışda xalça sahibi ilə ikinci yeri bölüşüb.
Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın məlumatına görə, nəhayət, Tartudan son medalları 1999-cu il təvəllüdlü yeniyetmələrdən ibarət qrup komandası aparıb. Nərminə Hüseynovanın, Mehparə Mənsurovanın, Samirə Əlizadənin, Səbinə Əlizadənin və Cənnət Məmmədovanın beynəlxalq arenada beş topla debüt çıxışı tamamilə baş tutub - 2-ci yer.
"İştirakçılarımızın hamısı öz yeni proqramlarını sınaqdan keçirdilər və mən onların nəticələrindən razıyam. Güman edirəm ki, bu Nijni Novqorodda iyun ayında keçiriləcək Avropa çempionatına hazırlaşan Qarayeva və yeniyetmələr üçün ilin nikbin başlanğıcıdır", Vasileva sonda qeyd edib.