İdman

gimnastikadan

başlayır

İlk dəfə finalda: Fransanın Monpelye şəhərində Avropa çempionatı başa çatdı

20 aprel 2015

İlk dəfə finalda: Fransanın Monpelye şəhərində Avropa çempionatı başa çatdı

Dünən, Fransanın Montpellier şəhərində yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Avropa Çempionatında Azərbaycan gimnastları uğurla çıxış ediblər. İlk dəfə olaraq, gimnastlarımız qitə birinciliyində finallarda çıxış ediblər.

Çoxnövçülükdə finala qədər yüksələn Oleq Stepko və Petro Paxnyuk, həmçinin parallel qollarda finalda çıxış etməyə hüquq əldə etdilər. Qeyd etməyə dəyər ki, Oleq çoxnövçülük üzrə təsnifat mərhələsində, rəqiblərinin çoxunu geridə qoyaraq ikinci olmuşdur.

Bundan əlavə, Stepko dəstəli at üzərində hərəkətlərdə finala çıxaraq, 6-cı yerdə qərarlaşdı. Parallel qollarda hərəkətlərə görə isə Oleq, 4-cü oldu.