İdman

gimnastikadan

başlayır

QARAYEVA, BAĞIYEVA VƏ YENİYETMƏLƏRDƏN İBARƏT QRUP -

15 fevral 2010

QARAYEVA, BAĞIYEVA VƏ YENİYETMƏLƏRDƏN İBARƏT QRUP -

Azərbaycan gimnastları "Miss Valentina" ənənəvi turnirində medal qazanıblar. Turnir sevgililər günü ərəfəsində Estoniyanın Tartu

şəhərində başa çatıb.

Yarışın təkcə birinci günü gimnastlarımız 6 medal - qızıl, gümüş və dörd bürünc qazanıblar. Bu barədə Azərbaycan Gimnastika

Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Milli komandamızın lideri Aliyə Qarayeva dörd finaldan üçündə 3-cü yerdən aşağı düşməyib: topla ən yaxşı çıxışı, lentlə ikinci, iplə

üçüncü. Anna Qurbanovaya isə yalnız halqa bürünc medal gətirib.

Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyeva ikinci nəticə

göstərərək, Rusiya qrup komandasından sonra gümüş medal qazanıblar.

Aprel ayında keçiriləcək Avropa çempionatına hazırlaşan gənclər qrupu iştirakçılar üçlüyünü susdurub və milli yığmanın baş məqçisi

Mariana Vasilevanın qiymətləndirməsinə görə, "hamının, hətta rəqiblərinin də xoşuna gəlib".

"Düşünürəm ki, Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadə Avropa birinciliyində layiqincə çıxış

edərək, hələ çoxlarını təəccübləndirə bilərlər. Mən çox şadam ki, digər qızlar özlərini itirmədilər, xalça üzərinə çıxdılar və sadəcə bir

nəfəsdə 5 iplə kompozisiya göstərdilər. Aynur Cabbarlı, Lalə Yusifova, Ayşə Mustafayeva, Siyana Vasileva və Mənsurə Bağıyeva səkkiz

kollektiv arasında birinci olublar", - baş məşqçi deyib.

Baş məşqçi yeniyetmələrin göstərdiyi fərdi nəticələrdən də razı qalıb. "Qızıl" medalı Azərbaycana 1997-ci ildən olan gimnastlar

arasında halqa və gürzlərlə hərəkət göstərərək birinci yeri tutan Mənsurə Bağıyeva qazandırıb. 1996-cı il təvəllüdlü Ayşə Mustafayeva

yarışlarda iplə ikinci, halqa ilə 3-cü yeri tutub. Elə bu yaş kateqoriyasından olan Lalə Yusifova iplə, topla və gürzlərlə 3-cü olub.

"Yalnız Jalə Qaratova və Yekaterina Prokopenko, həmçinin fərdi proqramda yenidən çıxış edən Dina Qorina Bakıya medalsız

qayıdıblar. Jalə və Katya 4-5-ci yerləri tutublar. Dinanın isə hazırda ən yaxşı göstəricisi 10-cu yerdir. Güman edirəm ki, turnirdən

turnirə onlar öz göstəricilərini yaxşılaşdıracaqlar. Yeri gəlmişkən, növbəti yarışlar artıq bu həftə baş tutacaq - Moskva Qran-pri

mərhələsini qəbul edəcək və beynəlxalq turnir keçirəcək", - yığmamızın baş məşqçisi bildirib