29 mart 2010
Aliyə Qarayeva Yunanıstanın Kalamata şəhərində keçirilən Dünya Kuboku yarışlarının gümüş mükafatçısı olub.
Yarışların son günündə Azərbaycan gimnastı ayrı-ayrı finallarda çıxış edib və onların birində lentlə ikinci yeri tutub. Hakimlərdən 27.25 bal alaraq o, rusiyalı idmançı Darya Kondakovadan yalnız 0.3 bal geri qalıb!
"Mən Dünya Kubokunun ikinci mərhələsində ardıcıl olaraq həmin yarışların gümüş mükafatçısı oldum", - Aliyə deyir. - "Bu çox xoşdur və əlbəttə, məni və mənim məşqçimi inandırır ki, apreldə keçiriləcək turnirlərdə daha yüksək nəticələr göstərəcəyəm".
Aliyə Qarayeva çoxnövçülükdə 4-cü yeri tutub. Finalda halqa ilə 5-ci, iplə 8-ci yeri tutub.
Azərbaycanın digər təmsilçisi Samirə Mustafayeva yarışları başa çatdıra bilməyib. O, lentlə ifanı yerinə yetirməyərək, sadəcə, üç alətlə çıxış edib, yəni ifa zamanında lent sındırılıb. Xatırladaq ki, Samirə ötən həftə Riqada keçirilən turnirdə 4-cü yeri tutub.
Azərbaycanın Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Ayelita Xələfovadan ibarət yığma komandası iki tapşırığın yekununda 52.05 bal toplayaraq, çoxnövçülükdə Belarus və İtaliyadan geri qalaraq 3-cü yerə sahib olub. Komanda iki finalda beş halqa ilə 5-ci yerə, üç lent və iki iplə isə 8-ci yerə sahib olub. Xatırladaq ki, qrup ötən həftə Fransada keçirilən turnirdə qələbə qazanıb.
Bu həftə sonunda isə Fransada Qran-pri yarışlarının növbəti mərhələsi keçirilib və burada iki Azərbaycan gimnastı – böyüklər arasında Zeynəb Cavadlı və yuniorlar arasında Jalə Qaratova iştirak edib.
Zeynəb Cavadlı çoxnövçülükdə 24 idmançı arasında 98.475 balla 12-ci yeri tutub. Və bu yarışda Olimpiya çempionu Yevgeniya Kanayeva qələbə qazanıb. Jalə Qaratova isə 92.015 bal toplayaraq, 16 idmançı arasında 9-cu yerə sahib olub. Xatırladaq ki, Qaratova ötən həftə Rumıniyada keçirilən turnirdə Lalə Yusifova və Ayşə Mustafayeva ilə komanda hesabında 2-ci yeri tutub. Lalə həmçinin topla 1-ci yerə sahib olub.
"Bremendəki Avropa Çempionatına kimi gimnastlar yalnız Sankt-Peterburqda çıxış edəcəklər", - ölkənin yığma komandasının baş məşqçisi Mariana Vasileva deyib. - "Rusiyanın şimal paytaxtında aprelin 2-4-də keçiriləcək Dünya Kuboku və beynəlxalq turnirə Aliyə Qarayeva, Anna Qurbanova (Kiyevdə keçirilən Qran-pri yarışlarında 5-ci yerin sahibi), Samirə Mustafayeva, Zeynəb Cavadlı və yeniyetmələrdən ibarət qrup komandası göndəriləcək".