20 iyul 2009
Kaosyunqda (Tayvan) keçirilən 8-ci Dünya oyunlarında Azərbaycan gimnastı Aliyə Qarayeva bürünc medal əldə etmişdir.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, üçüncü yer lentlə hərəkətlərdə finaldan sonra qazanılmışdır. Hakimlərdən 25.25 xal alaraq, o, yalnız yarışların lideri Yevgeniya Kanayeva (Rusiya) və Anna Bessonovadan (Ukrayna) geri qalmışdır.
- Etiraf edim ki, Oyunların başlanğıcında mən çox da yaxşı çıxış etmədim. Heç nə alınmırdı: ip və top mənə “qulaq asmırdılar”, halqa da həmçinin. Nəticədə mən 9-cu, 10-cu və 11-ci yerləri tutdum ki, bu da mənə final mərhələsində çıxış etməyə imkan vermirdi. Amma növbəti gün mən öz çıxışımla azarkeşlərimi sevindirə bildim. Mən şadam ki, mənim lentlə yeganə final çıxışım Dünya oyunlarında komandanın hesabına ilk medal gətirmişdir! – deyə, Qarayeva qeyd etmişdir.
Ölkənin ikinci gimnastı Anna Qurbanova da ən yaxşı nəticəsini lentlə göstərmişdir – 24.825 xal və 4-cü yer. Anna topla finalda 5-ci, iplə - 6-cı yeri tutmuş, halqa ilə təsnifat yarışlarının nəticələrinə görə isə 9-cu olmuşdur.
Bu gün Dünya oyunlarında akrobatika gimastikası üzrə yarışlar start götürür. Azərbaycan qadın cütlüyü Ayla Əhmədova və Dilarə Sultanova öz çıxışını təsnifat yarışlarında balans hərəkətləri ilə başlayacaq.