İdman

gimnastikadan

başlayır

QARAYEVA ALTINCI YERDƏ QƏRARLAŞDI

23 avqust 2008

QARAYEVA ALTINCI YERDƏ QƏRARLAŞDI

Azərbaycan gimnastı Aliyə Qarayeva Pekin Olimpiya oyunlarında çoxnövçülüyün final mərhələsində altıncı yerə layiq görülmüşdür. Olimpiadada ilk dəfə çıxış etməsini nəzərə alsaq, o, turnir cədvəlində Ukrayna gimnastı Natalya Qodunko, İsraildən İrina Rizenson, İspaniyadan Almudena Sid və Bolqarıstan gimnastı Simona Peyçevanı geridə qoyaraq yaxşı çıxış nümayiş etdirmişdir.

Finala vəsiqə qazanaraq, Qarayeva artıq minimum vəzifəni yerinə yetirmişdir. O, ən yaxşı nəticəni halqa ilə hərəkətlərdə nümayiş etdirdi və 18.075 xal toplayaraq, iki çıxışdan sonra 4-cü yerdə qərarlaşdı. Lakin gürzlərlə və lentlə çıxışlara görə verilən aşağı xallar bizim Aliyənin sonda 6-cı yerə (69.675 xal) layiq görülməsinə səbəb oldu. Daha sonra Eurosport kanalının qeyd etdiyi kimi, Azərbaycan gimnastının 6-cı yeri tutması ölkənin yığma komandasının hesabına Olimpiya xalını əlavə etmişdir.

- Aliyənin nəticəsinə gəlincə isə, altıncı yer onun üçün gələcəyə xüsusi bir istiqamətdir, - deyə, məşqçisi Marina Qovorova bildirir. Onu demək istəyirəm ki, artıq, o, nə üçün çalışdığını bilir və bu istiqamət onu 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya aparır.

Yeni Olimpiya çempionu adına isə proqnozlaşdırıldığı kimi Rusiya gimnastı Yevgeniya Kanayeva layiq görüldü. Gümüş medalı Belarus gimnastı İnna Jukova, bürünc mükafatı isə Ukraynadan Anna Bessonova əldə etdi.