İdman

gimnastikadan

başlayır

Yeniyetmə batutçularımızın Belarusda böyük uğuru

27 mart 2021

Yeniyetmə batutçularımızın Belarusda böyük uğuru

Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri Belarusun Vitebsk şəhərində uğurlu çıxışları ilə yadda qalıblar.

Belə ki, 24-27 mart tarixlərində batut gimnastikası üzrə keçirilmiş “Belarus Kubok”unda 13 yaşlı yeniyetmə batutçularımız böyüklər yaş kateqoriyasında layiqincə çıxış ediblər. Sinxron proqramda çıxışlarını nümayiş etdirən yeniyetmə gimnastlarımız Maqsud Mahsudov və Hüseyn Abbasov Olimpiada iştirakçıları ilə yarışaraq böyüklər arasında 3-cü nəticə göstəriblər.

Bundan əlavə Maqsudun fərdi proqramdakı uğurunu da xüsusi qeyd etməyə dəyər. O, Olimpiya çempionu Vladislav Qonçarovla eyni yaş kateqoriyasında yarışaraq, finalda 7-ci olmağı bacarıb. Bununla da, təkcə məşqçi və hakimlərin deyil, gimnastların da rəğbətini qazanıb. Belə ki, Olimpiada qalibi Qonçarov onu təbrik edərək, “sən mütləq Los-Angelesdə (ABŞ) keçiriləcək Olimpiya Oyunlarında medal qazanmalısan”, deyə bildirib.

Digər yeniyetmə gimnastımız Hüseyn də fərdi proqramda böyüklər arasında yarışıb və 14-cü olub.

Yarışlarda ölkəmizi qadınların yarışında təmsil edən Selcan Mahsudova isə 5-ci olub.