İdman

gimnastikadan

başlayır

Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə adlayıb  

14 avqust 2022

Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə adlayıb  

Almaniyanın Münhen şəhərində idman gimnastikası üzrə Avropa çempionatına start verilib. Çempionatda əvvəlcə qadın gimnastlar mübarizəyə qoşulublar. Azərbaycanı bu yarışda Nazənin Teymurova, Duyğu Məcidzadə, Milana Minakovskaya, Samirə Qəhrəmanova təmsil edib. İdmançılarımızdan ən yaxşı nəticəni Nazənin Teymurova göstərib. Belə ki, gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb.
Nazənin bununla həmçinin adıçəkilən idman növü üzrə Avropa çempionatının final mərhələsinə adlayan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb. Final mərhələsinin yükununa əsasən  idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub. 
Qeyd edək ki, böyüklərdən ibarət yığma komandamızın üzvləri Milana Minakovskaya və Samirə Qəhrəmanova V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək məqsədilə sabah Münhendən Türkiyənin Konya şəhərinə yola düşəcək. İdmançılarımız avqustun 17-18-də adıçəkilən oyunlarda mübarəzəyə qoşulacaq.