İdman
gimnastikadan
başlayır
22 iyun 2025
18-22 iyun tarixlərində Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə gənclər arasında 3-cü FIG Dünya çempionatı keçirilib. Çempionatda ölkəmizi fərdi gimnastlar - Şəms Ağahüseynova, Fidan Qurbanlı, Azadə Atakişiyeva, İlahə Bahadirova, gənclərdən ibarət qrup hərəkətləri komandası - Röya Alıkişiyeva, Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Şəms Müvəffəqi və Ayan Nəsirova təmsil edib.
Azadə Atakişiyeva halqa ilə proqramda 24.000 xalla, Fidan Qurbanlı isə gürzlərlə proqramda 24.800 xalla final mərhələsinə yüksələsə də, medalçılar sırasında yer ala bilməyiblər.
Gimnastlarımız yarışda yüksək səviyyədə çıxış etməyə çalışsalar da, təəssüf ki, bu dəfə nailiyyət əldə edə bilməyiblər.
İdmançılarımıza qarşıdakı beynəlxalq yarışlarda uğurlar arzulayırıq!