İdman

gimnastikadan

başlayır

Gənc komandamız TeamGym üzrə Avropa çempionatında iştirak edib

17 oktyabr 2026

Gənc komandamız TeamGym üzrə Avropa çempionatında iştirak edib

14–17 oktyabr tarixlərində Finlandiyanın Espoo şəhərində TeamGym üzrə 16-cı Avropa çempionatı keçirilib.

Çempionatda ölkəmizi Ruslan Əliyev, Səid Şahyarov, Kamran Məmmədzadə, David Məmmədov, Cavidan Əliyev, Fərhad Vəliyev, Hüseyn Qəhrəmanov, İbrahim Mustafazadə, İlham Salayev, Mahir Səlimov və Fərhad Mustafayevdən ibarət gənc kişi gimnastlardan təşkil olunmuş komandamız təmsil edib.

Komandamız təsnifat mərhələsində ümumilikdə 39.025 xal toplayaraq final mərhələsində iştirak edib. Finalda isə gimnastlarımız 38.675 xal toplayaraq yarışı 6-cı pillədə başa vurublar. Final çıxışında xüsusilə mini-batut növündə fərqlənən gimnastlarımız hərəkətlərin icra təmizliyi ilə diqqət çəkiblər.

Qeyd edək ki, yeni formalaşmış gənc kişi gimnastlardan ibarət komandamız üçün bu, Avropa çempionatında ilk iştirak olub. Gimnastlarımız yarışda yalnız idman bacarıqlarını deyil, milli musiqi irsimizi də nümayiş etdiriblər. Tamblinq cığırı və trampet alətlərində “Bayatı-Şiraz” muğamının sədaları altında çıxış edən idmançılarımız yarışa milli ruh və özünəməxsus çalar qataraq Azərbaycan mədəniyyətini beynəlxalq arenada təmsil ediblər.

Gənc gimnastlarımıza qarşıdakı yarışlarda uğurlar arzulayırıq!