İdman

gimnastikadan

başlayır

Gənclərdən ibarət qrup hərəkətləri komandamız yenidən fəxri kürsüdə

13 iyun 2023

Gənclərdən ibarət qrup hərəkətləri komandamız yenidən fəxri kürsüdə

9-11 iyun tarixlərində Misirin Qahirə şəhəri bədii gimnastika üzrə Pharaoh’s Cup beynəlxalq turnirinə ev sahibliyi edib.
Yarışda ölkəmizi Azərbaycanın bədii gimnastika üzrə yığma komnadasının üzvləri, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də gənclərdən ibarət qrup komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova təmsil edib.
Son Avropa çempionatında 2 bürünc medala sahib çıxan qrup komandamızın üzvləri bu yarışda da fərqləniblər. Təmsilçilərimiz 5 ip və 5 topla hərəkətlərin icrasında gümüş medal qazanıblar.
Fərdi gimnastımız Nuray Əhmədzadə isə lentlə hərəkətlərin icrasında bürünc medal əldə edib.