İdman

gimnastikadan

başlayır

FƏXRİ KÜRSÜYƏ DAHA YAXIN...

07 oktyabr 2013

FƏXRİ KÜRSÜYƏ DAHA YAXIN...

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandanın liderlərindən biri olan Durunda ayrı-ayrı proqram növlərində bütün final mərhələlərinə çıxıb. İdmançını halqa, top və lentlə kompozisiyalarda üçüncü yerdən yalnız bir pillə ayırıb. Gürzlərlə dəqiqəyarımlıq tapşırıq onu səkkizinci yerə yüksəldib. Marina çoxnövçülükdə isə altıncı olub.

Digər Azərbaycan gimnastı Lalə Yusifova da Qran-pridə dördüncü yerə layiq görülüb. Lakin onun bu nəticəsi yalnız bir tapşırıqda, yəni finalda gürzlərlə hərəkətdə qeydə alınıb. Lalə qalan kompozisiyalarda topla tapşırıqda altıncı, halqa və lentlə hərəkətlərdə iki dəfə yeddinci, şəxsi hesabda isə doqquzuncu olub.

Çexiyada keçirilmiş Qran-pridə Rusiya-Belarus triosu - Marqarita Mamun, Darya Svatkovskaya və Melitina Stanyuta qələbə sevinci yaşayıblar.