İdman

gimnastikadan

başlayır

Gimnastika tarixində yeni nailiyyət

22 iyun 2023

Gimnastika tarixində yeni nailiyyət

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində 17-21 iyun tarixlərində bədii gimnastika üzrə yarışlar keçirilib. Yarışda ölkəmizi Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq bədii gimnast Mehriban Tağıyeva təmsil edib.
İdmançımız gimnatika tariximizdə yeni bir səhifə açaraq çıxış etdiyi divizionda topla hərəkətlərin icrasında qızıl, gürzlər və halqa ilə, eləcə də çoxnövçülük proqramında bürünc medal qazanıb.
Bu uğurlu nailiyyət onun qısa müddət ərzində səmərəli məşqlərinin və qətiyyətinin nəticəsidir. Qeyd edək ki, idmançımızın çıxışları beynəlxalq mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilib.
İdmançımızı tarixi qələbə münasibətilə təbrik edirik!