İdman

gimnastikadan

başlayır

Gimnastımız mükafata layiq görülüb 

23 mart 2022

Gimnastımız mükafata layiq görülüb 

Martın 23-də Four Seasons Baku hotelində "Global Woman Summit"in qala gecəsi keçirilib. 
Layihədə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, İspaniya, İsveçrə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Qətər və digər müxtəlif ölkələrdən böyük nüfuza sahib olan xanımlar, yaradıcı peşə sahibləri, iqtisadçılar, alimlər, həkimlər, idmançılar  və müxtəlif brendlərin təsisçiləri yer alıblar. 
Tədbirdə müxtəlif peşələrdə çalışan uğurlu xanımlar ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırılıblar. 
Sevindirici haldır ki, bədii gimnastika üzrə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast Zöhrə Ağamirova idman sahəsində qazandığı nailiyyətlərə görə “Uğurlu gimnast” nominasiyasında mükafata layiq görülüb.