İdman

gimnastikadan

başlayır

Gimnastlarımız aerobika gimnastikası üzrə gənclər arasında Dünya çempionatında iştirak ediblər

06 sentyabr 2026

Gimnastlarımız aerobika gimnastikası üzrə gənclər arasında Dünya çempionatında iştirak ediblər

4–6 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində aerobika gimnastikası üzrə gənclər arasında Dünya çempionatı keçirilib.

Yarışda ölkəmizi Əminə Mustafayeva, Ayan Ağayeva, Fərid Cəfərov, Təhminə İbrahimova, Fidan İbrahimova, Aydan Məlikova və Leyla Əhmədova təmsil ediblər. Qeyd edək ki, gənc gimnastlarımız Dünya çempionatında ilk dəfə çıxış ediblər.

Qrup proqramında Ayan Ağayeva, Təhminə İbrahimova, Aydan Məlikova, Fidan İbrahimova və Leyla Əhmədovadan ibarət komandamız 17,000 xalla 9-cu yeri tutub.

Üçlük proqramında Aydan Məlikova, Fidan İbrahimova və Leyla Əhmədova 16,950 xalla 23-cü pillədə qərarlaşıblar.

Kişilərin fərdi proqramında çıxış edən Fərid Cəfərov 15,350 xalla yarışı 30-cu yerdə başa vurub.

Qadınların fərdi proqramında isə Ayan Ağayeva 16,750 xalla 42-ci, Əminə Mustafayeva 15,850 xalla 75-ci yeri tutub.

Gimnastlarımıza gələcək yarışlarda uğurlar arzulayırıq!