İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Dünya çempionatının final mərhələsində mübarizə aparıblar 

21 sentyabr 2026

Gimnastlarımız Dünya çempionatının final mərhələsində mübarizə aparıblar 

 

17–20 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhərində akrobatika gimnastikası üzrə gənclər arasında Dünya çempionatı keçirilib.

Dörd gün davam edən yarışda Azərbaycanı iki qadın qrupu təmsil edib. Milli komandamızın heyətində Safiya Babayeva, Diana Məmmədova, Zeynəb Yusufova, eləcə də Qəşəng Ağamoğlanlı, Dinara İbadova və Ceyla Əlizadə mübarizə aparıblar.

Safiya Babayeva, Diana Məmmədova və Zeynəb Yusufovadan ibarət qadın qrupu təsnifat mərhələsində 53.010 xal toplayaraq 18-ci pillədə qərarlaşıb.

Qəşəng Ağamoğlanlı, Dinara İbadova və Ceyla Əlizadədən ibarət digər qadın qrupumuz isə təsnifat mərhələsində 55.030 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Final çıxışında 28.020 xal toplayan gimnastlarımız yarışı 4-cü pillədə başa vurublar.

Gimnastlarımızı göstərdikləri əzm və mübarizə münasibətilə təbrik edir, qarşıdakı yarışlarda onlara yeni uğurlar arzulayırıq!