İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Misirdən medallarla döndülər

21 sentyabr 2025

Gimnastlarımız Misirdən medallarla döndülər

18-21 sentyabr tarixlərində Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə “Pharaoh’s Cup” adlı beynəlxalq turnir təşkil olunub. Yarışda kişi idman gimnastikası üzrə milli komandamızın üzvləri – Aydın Əlizadə və Rəsul Əhmədzadə iştirak ediblər.

Böyüklər yaş kateqoriyasında çıxış edən Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə 13.033 xal və dəstəli at proqramında 13.366 xalla gümüş, dayaqlı tullanma proqramında isə 12.733 xalla bürünc medal qazanıb.

Gənclər yaş kateqoriyasında çıxış edən Aydın Əlizadə sərbəst hərəkətlər proqramında 12.533 xal toplayaraq gümüş medala layiq görülüb.

Gimnastlarımızı uğurlu nəticələri münasibətilə təbrik edirik!