İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Xorvatiyada dünya kubokunda iştirak edib

14 iyun 2021

Gimnastlarımız Xorvatiyada dünya kubokunda iştirak edib

10-13 iyun tarixlərində Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə dünya kuboku keçirilib.

Kubokda ölkəmizi idman gimnastikası üzrə yığmanın üzvləri İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edib.

İvan halqalar, dayaqlı tullanma və paralel qollar üzrə final mərhələlərinə vəsiqə qazanıb. Dayaqlı tullanma alətində İvanı fəxri kürsüdən bir addım ayırıb. 14.416 xalla o, 4-cü pillədə qərarlaşıb. Digər iki final mərhələsində isə İvan 7-ci olub.

Nikita isə halqalar üzrə finalda 6-cı yerdə qərarlaşıb.

Samirə ən yaxşı nəticəsini dayaqlı tullanma (9-cu yer), Milana isə müxtəlif hündürlüklü qollarda (12-ci yer) nümayiş etdirib.