İdman

gimnastikadan

başlayır

Gimnastlarımızın beynəlxalq arenada çıxışı

07 may 2024

Gimnastlarımızın beynəlxalq arenada çıxışı

Milii Gimnastika Arenası tarixi yarışa – bədii gimnastika üzrə 1-ci Avropa kubokuna ev sahibliyi edərkən arenanın doğma divarları arasında məşq edən idmançılarımız da ölkəmizi digər beynəlxalq yarışlarda təmsil ediblər. Belə ki, millimizin üzvləri 2-5 may tarixləri arasında İtaliyanın Rimini şəhərində keçirilmiş qadın idman gimnastikası üzrə Avropa çempionatında iştirak edib. 38 ölkədən 154 idmançının iştirak etdiyi yarışda ölkəmiz həm böyüklər, həm də gənclər yaş kateqoriyasında təmsil olunub. Böyük fərdi gimnast Teymurova Nazənin və gənc fərdi gimnastlar Əliyeva Dəniz, Məmmədova Aytən və Abbaszadə Xədicə sərbəst hərəkətlər, dayanıqlı tullanma, gimnastika tiri, müxtəlif hündürlüklü qollar və çoxnövçülük proqramlarında bacarıqlarını sınayıblar. 
Gələcək yarışlarda gimnastlarımıza uğurlar arzu edirik.