03 may 2008
Azərbaycanın bədii gimnastika üzrə qrup komandası və yunior Nigar Əbdüsəlimova Polşada keçirilən beynəlxalq turnirdə qızıl medallar qazanmışlar. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup 2 halqa və 4 gürzlərlə hərəkətlərdə rəqibləri üçün əlçatmaz oldu. Beş iplə digər bir finalda gimnastlar üçüncü yerə layiq görülmüşlər. Çoxnövçülükdə isə xalça sahiblərindən sonra ikinci olmuşlar.
Beynəlxalq turnirdə lentlə finalda birinci yer tutmuş Nigar Əbdüsəlimova və ikinci yer tutmuş daha bir Azərbaycanlı Səidə Abdullayevanın tayı-bərabəri yox idi. Digər nominasiyalarda gimnastlar aşağıdakı nəticələri göstərmişlər: Səidə Abdullayeva – coxnövçülükdə və topla 5-ci, iplə 6-cı, halqa ilə - 7-ci yeri tutmuşdur. Nigar Əbdüsəlimova – çoxnövçülükdə və topla 7-ci, halqa ilə 5-ci və iplə 9-cu yerə layiq görülmüşdür. Həm qruplar və həm də yuniorlar üçün bu turnirdə iştirak etmək, 2008-ci il 5-7 iyun tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək Avropa Çempionatına bir hazırlıq mərhələsi kimi hesab olunurdu.