İdman

gimnastikadan

başlayır

QURBANOVA BİRİNCİ, QARAYEVA İSƏ İKİNCİDİR

06 dekabr 2010

QURBANOVA BİRİNCİ, QARAYEVA İSƏ İKİNCİDİR

Azərbaycan gimnastı Anna Qurbanova Omskda keçirilən Q. Qorenkovanın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, o, iplə səhvsiz nümayiş etdirdiyi final hərəkətdə 2010-cu ilin dünya çempionu D. Dmitriyeva (Rusiya) və estoniyalı A. Makuşinanı geridə qoyaraq birinci yeri tutub.

"Təbriklərinizə görə çox sağ olun! İplə nümayiş etdirdiyim hərəkət uğurla nəticələnib. Digər hərəkətlərdə bürünc medalı qazanmağa yaxın olaraq dördüncü yeri tutmuşam. Mənim üçün bu yarışlar bu il üçün sonuncu olub və yaxşı ki, böyük ruh yüksəkliyi ilə keçib. Kiçik fasilədən sonra məşqçim ilə növbəti mövsümə hazırlaşmağa başlayacağıq", Qurbanova deyib.

2011 mövsümündə bütün ümidlər 2010-cu ildə Turində İtaliya klub çempionatının finalında uğurla çıxış edən Aliyə Qarayevaya da bağlıdır.

"Ritmika Pyemont" komandasını təmsil edən Qarayeva A2 seriyasında yarışıb. Finalın yekunlarına əsasən, onun komandası ikinci yeri tutub və növbəti il üçün güclülər seriyasında çıxış etmək hüququ qazanıb.