29 noyabr 2010
Azərbaycan gimnastı Anna Qurbanova ötən həftə sonu Xorvatiyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, o, şəxsi çoxnövçülükdə bütün rəqiblərini üstələyib və birinci yeri tutub.
"Yaxşı çıxış etdim və məşqçi bütün dörd hərəkətlərimin yerinə yetirilməsindən razı qaldı. Yarış ili başa çatmaq üzrədir və güman edirəm ki, mənim üçün sonuncu turnir son dəfə iki növdə çıxış etdiyim İtaliya klub çempionatının 4-cü turu deyil, yaxın bazar günlərində Omskda Qorenkovanın xatirəsinə həsr olunan turnir olacaq", Qurbanova bildirib.
Azərbaycanın digər gimnastlarına gəldikdə, Aliyə Qarayeva dekabrın 4-də Turində İtaliya klub çempionatının son turunda çıxış edəcək. Samirə Mustafayeva isə elə bu tarixdə Sloveniyaya beynəlxalq turnirə yola düşəcək.