İdman

gimnastikadan

başlayır

Gimnastikada hət-trik - Əhsən, Oleq!

20 iyun 2015

Gimnastikada hət-trik - Əhsən, Oleq!

5 gün bundan əvvəl Avropa Oyunlarının bürünc medalını, 2 gün əvvəl isə gümüş medalını qazanan Azərbaycanın idman gimnastı Oleq Stepko, bu gün, Avropa Oyunlarının qalibi adına layiq görüldü!

Ustadı olduğu alətdə - parallel qollarda qüsursuz çıxış nümayiş etdirərək – Oleq 2013-cü ilin Avropa Çempionu, Rusiyadan olan David Belyavskiy və məşhurluqda ondan geri qalmayan Rumıniya gimnastı Marius Berbekar kimi güclü rəqiblərini geridə qoyaraq, qızıl medal qazandı! Bütün zal əsl mübariz idmançını alqışllayır və gözlərində yaşla Azərbaycan himnini oxuyurdu!

Amma bu hələ son deyil!!! Oleq bu gün ərzində gimnastika atı üzərindəki hərəkətlərə görə “gümüş” və dayaqla tullanmada bürünc medal qazanmışdır. Beləliklə, Oleq gimnastikada hət-trik nümayiş etdirərək, ölkəmizə bir dəst medal gətirmişdir. Bu tarixi 1-ci Avropa Oyunlarınının taixində görünməmiş bir medal dəstidir!

Oleq Stepkonun çıxışlarını Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva izləmişlər. Mehriban xanım Əliyeva həmçinin mükafatlandırma mərasimində də iştirak etmişdir.

Belə ki, Oleq 1-ci Avropa Oyunlarının idman gimnastikası üzrə  beş qat mükafatçısıdır!

Bütün gimnastika ictimaiyyətini bü böyük uğurla təbrik edirik!!!