26 mart 2020
Sabahdan etibarən AGF-nin “Instagram” səhifəsində 15 dəqiqəlik səhər gimnastikasına start veriləcək. Bu növ məşqlər şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 11:00-da təqdim olunacaq.
Hərəkətləri gimnastika növləri üzrə böyüklərdən ibarət yığma komandaların gimnastları, məşqçiləri, fizioterapevt və ümumi fiziki hazırlıq üzrə mütəxəssislər nümayiş etdirəcək.
Kiçik uşaqlardan tutmuş yaşlı insanlara kimi hamı üçün faydalı olan bu hərəkətlər gün boyu gümrah olmağınıza kömək edəcək.
Bizə qoşulun, hərəkət edin, sağlam bədən və düşüncəyə sahib olun!