İdman

gimnastikadan

başlayır

Gimnastika Avropa Oyunlarının yarış meydanında addımlayır

14 iyun 2015

Gimnastika Avropa Oyunlarının yarış meydanında addımlayır

Bu gün və sabah, 1-ci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə yarışlar keçiriləcək.

Xatırlatmaq istərdik ki, Bakıda keçirilən 1-ci Avropa Oyunlarının idman gimnastikası üzrə yarışlarında 37 ölkəni təmsil edən təxminən 180 gimnast iştirak edəcək. Qeyd edək ki, açılış mərasimində Almaniya, İsrail, İsveçrə və Danimarka kimi ölkələrin bayraqlarını məhz idman gimnastikasının təmsilçiləri aparmışlar. Onların arasında Olimpiya Oyunları, Dünya və Avropa Çempionatlarının mükafatçısı, alman gimnastı Fabian Xambyuxen, Avropa Çempionatının qızıl medalçısı Culiya Ştaynqruber (İsveçrə), o cümlədən Avropa Çempionu və Dünya Çempionatının bürünc medalçısı Aleksandr Şatilov (İsrail) kimi məşhur gimnastlar da vardır.  Bu gimnastikanın dünyada, xüsusilə Avropa qitəsindəki yüksək nüfuzundan xəbər verir.

Milli Gimnastika Arenasında bir həftə ərzində davam edəcək yarışlar zamanı 14 dəst medal oynanılacaq. Onlardan 8-i uğrunda kişilər, 6-sı uğrunda isə qadınlar mübarizə aparacaqlar. Oleq Vernyayev (Ukrayna), Aliyə Mustafina (Rusiya), Nila Vilson (Böyük Britaniya), Culiya Staynqruber (İsveçrə), Fabiana Xanbyuxen (Almaniya), həmçinin Azərbaycanın ümidi Oleq Stepko hesab olunurlar. 

Digər dörd gimnastika növlərinə gəlincə isə, bədii gimnastika, akrobatika gimnastikası, aerobika gimnastikası və batut gimnastikası üzrə yarışlar 17 iyun tarixində başlanacaq.