İdman

gimnastikadan

başlayır

DƏRBƏND GİMNASTLARI BAKIDA TƏLİM-MƏŞQ TOPLANIŞLARINDIRLAR

22 iyul 2009

DƏRBƏND GİMNASTLARI BAKIDA TƏLİM-MƏŞQ TOPLANIŞLARINDIRLAR

Bakıya təlim-məşq toplanışlarını keçirmək üçün Dərbənd gimnastlarından ibarət komanda təşrif buyurmuşdur. İki şəhərin idman idarələri arasındakı razılaşmaya əsasən məşqlər bir həftə davam edəcək.

Dərbəndin bədii gimnastika üzrə məşqçisi, həmyerlimiz Ofeliya Məmmədovanın sözlərinə görə, Bakıya onunla birgə 5 idmançı gəlmişdir. Onların arasında iki idman ustalığına namizəd Zöhrə Cavadova və Barin Həmzətova, eləcə də Leyla Həmzətova, Elvira Nəbiyeva və Amaliya Devirova var.

Məşqçi etiraf etmişdir ki, bu, qızların Bakıya ilk gəlişidir. Buna qədər onlar yalnız Dərbənddə şəhər tədbirlərində nümunəvi çıxışlar nümayiş etdirirdilər.

- Nəyə görə biz Bakını seçdik? – Çünki burada həmişə yaxşı qarşılayırlar, məşqlər üçün gözəl şərait yaradılır. Həm də, bura bizim üçün yaxın və rahatdır.

Zal böyük və işıqlıdır, sizin məşqçilər həm sözdə, həm də işdə köməklərini əsirgəmirlər. Uşaqlar necə də şaddırlar. Təsəvvür edirsinizmi, onlara məşqə getmək üçün səhərin açılmağını səbirsizliklə gözləyirlər.

Toplanışın gedişində dağıstanlı məşqçi Azərbaycan həmkarları ilə kiçik məşvərət keçirəcək. “Sizin mütəxəssislərin fikri bizim üçün çox maraqlıdır, biz təcrübədən yararlanmaq istəyirik, axı Azərbaycan gimnastikasını həm Avropada, həm də bütün dünyada tanıyır və hörmət edirlər”, deyə, o qeyd etmişdir.

Bakıda keçirilən Avropa çempionatında onlar eyni zamanda həm Rusiyaya, həm də Azərbaycan komandasına azarkeşlik edirdilər. “Həm yarışların təşkili, həm gimnastların çıxışı – O. Məmmədova davam edir, ən xoş təəssüratları oyatmışdır. Sizin uğurlarınız şəhərimizdə hamının dilində idi. Azərbaycanda bədii gimnastikanın inkişafı göz qabağındadır, biz buna şadıq və hər cür köməyə, hər cür əməkdaşlığa görə minnətdar olarıq”.