18 avqust 2008
Avqust ayının 18-də Azərbaycanın bədii gimnastika üzrə olimpiya yığma komandasının üzvləri Aliyə Qarayeva və Dinarə Gimatova, həmçinin qrup komandasının üzvləri Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina “Beijing University of Technology Gymnasium”-da ilk məşqlərini keçirmişlər. Pekinin cənub-şərqində yerləşən arena bədii gimnastika üzrə olimpiya turnirini izləmək üçün 7,5 minlik auditoriyanı qəbul etmək imkanına malikdir. Azərbaycanın Olimpiya nümayəndə heyəti qərargahının verdiyi məlumata əsasən, xalçaya alışmaq üçün keçirilməsi vacib olan Pekindəki son məşqlər individual gimnastların Tokiodakı və qrup komandasının isə Masallıdakı axırıncı təlim-məşq toplanışlarının məntiqi davamıdır. Məşqlər həmçinin avqustun 19 və 20-də də keçiriləcək və həmin məşqləri təkcə məşqçilər izləməyəcək. Hakimlər məşqçilər tərəfindən təqdim olunmuş çıxışların siyahıları üzrə öz qeydlərini aparırlar. Qeyd edək ki, hakimlər arasında Azərbaycandan Beynəlxalq Gimnastika Fede
ras
iyasının xüsusi dəvətini almış Larisa Sidorovada da vardır. Yarışlar isə avqustun 21-i Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Çindəki xalça üzərinə ilk olaraq individual gimnastlar çıxacaqlar. Püşkatmaya əsasən Aliyə Qarayeva və Dinarə Gimatova çoxnövçülüyün təsnifat yarışlarında öz çıxışlarına 24 iştirakçı arasında halqa ilə 8-ci və 12-ci sıra nömrəsi altında başlayacaqlar. Qrup komandasına gəlincə isə, o, çoxnövçülüyün təsnifat yarışlarında 5 iplə 12 kollektiv arasında 8-ci çıxış edəcəkdir. Çoxnövçülüyün finalında iştirak etmək üçün individual gimnastlar ilk onluğa, qrup komandası isə səkkiz güclü komandanın siyahısına düşməlidirlər. Olimpiya yarışından əvvəl möhtəşəm bir Qala-konsert nümayiş olunacaq. Şou Olimpiya Oyunlarına daxil olan bütün 3 gimnastika növlərini təmsil edən bir çox məşhur idmançıların iştirakı ilə avqustun 20-də keçiriləcək. Həmin Qala-konsertdə Azərbaycanı Aliyə Qarayeva təmsil edəcək. Olimpiya oyunlarının açılış günü isə “Eindhovens Dagblad” adlı nüfuzlu Hollandiya qə
zet
inin səhifələrində Azərbaycanın qrup komandası haqqında fotoşəkilli reportaj yerləşdirilmişdir. Həmin reportajda Milli Gimnastika Federasiyasının fəaliyyəti və idmançıların Olimpiadaya necə hazırlaşmasından söhbət gedirdi. Məqalə Hollandiya televeziya işçilərinin diqqətini elə cəlb etmişdi ki, yerli televeziya kanalı RTL 4 Azərbaycan Gimnastika Federasiyası üçün idman geyimlərinin sifariş olunduğu mağaza haqda süjet hazırlamışdır. Ertəsi gün Azərbaycan-Hollandiya Fondunun nümayəndə heyəti mağazaya baş çəkmiş və mağazanın menecerinə Azərbaycan mətbəxinə həsr olunmuş və holland dilinə tərcümə edilmiş bir neçə kitab hədiyyə etmişdir.