İdman

gimnastikadan

başlayır

Havada pərvazlanan gimnastların dünya birinciliyinə 1 həftə qaldı

11 noyabr 2021

Havada pərvazlanan gimnastların dünya birinciliyinə 1 həftə qaldı

İlin ən böyük yarışı olan Olimpiya Oyunlarından sonra batutçular ilin digər irimiqyaslı yarışı olan Dünya Çempionatına hazırlaşırlar.

Gündoğan ölkə - Yaponiyadan sonra onların növbəti dayanacağı Odlar Yurdu Azərbaycan olacaq. Yalnız gimnastika növləri üzrə ixtisaslaşmış idman qurğusu olan Milli Gimnastika Arenasında batutçulara tamblinq və ikili mini-batut təmsilçiləri də qoşulacaq. Batutçular bu yarışda sixron proqramda da öz qüvvələrini sınayacaqlar.

Çempionatın qeydiyyat siyahısına əsasən Bakıya 33 ölkənin idmançıları dünya birincisi olmaq üçün təşrif buyuracaqlar. Bu yarışda titullu ulduz gimnastlar öz üstünlüyünü qoruyub saxlamağa, mükafatçılar siyahısına daxil olmaq istəyən iddialı idmançılar isə onları üstələməyə çalışacaq.

Yarışda ümumilikdə 266 gimnast 51 medal uğrunda mübarizə aparacaq. Onlardan 160 nəfəri batut, 63-ü tamblinq, 43 nəfəri isə ikili mini-batut yarışlarında çıxış edəcək.

Batut gimnastikası (fərdi proqram)

Çempionatın əsas favoritləri sırasında kişilərin yarışında Belarus təmsilçilsi hazırkı Olimpiya çempionu İvan Litvinoviç (Belarus) və olimpiadanın bürünc medalçısı Dilan Şmidtin (Yeni Zellandiya) adlarını çəkmək olar. Bundan başqa, yarışda dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov və Mixail Melnik (RGF), dünya çempionatının gümüş medalçısı Morante Allen (Fransa)  veteran gimnastlar çıxış edəcəklər.

Qadınların fərdi çıxışlarında isə əsas favorit son Olimpiya Oyunlarının bürünc medalçısı Brioni Peycdir. Bu çempionatda 2017-ci ildə dünya çempionu olmuş 40 yaşlı Belarus təmsilçisi Katrina Petreniya da iştirak edəcək.

Batut gimnastikası (sinxron proqram)

Sinxron cütlüklər arasında Yaponiya təmsilçiləri  - sinxon proqramda dünya çempionu olmuş Takaqi Yumi (Yaponiya) yeni cütlük həmkarı Tamura Narumi (Yaponiya) ilə birgə mükafatçılar sırasında olmağa çalışacaqlar. Bundan əlavə, kanadalı gimnastlar dünya çempionatının mükafatçıları olmuş Milyet Sara və Meto Sofiane, belaruslu cütlük Katrina Petreniya və Viktoriya Kuidan da sinxron proqramda mübarizə aparacaqlar. Kişilərin sinxron proqram üzrə yarışlarında veteran batutçular rusiyalı Dmitri Uşakov və Nikita Fedorenka daha gənc rəqiblərini üstələməyə çalışacaqlar.

İkili mini-batut

İkili mini batut yarışları zamanı çoxqat dünya çempionu Mixail Zalomin (RGF) və ikiqat dünya birincisi Lina Syoberq (İsveç) Milli Gimnastika Arenasında da öz titullarını qorumağa çalışacaqlar.

Tamblinq

Bu çempionatda Azərbaycanın təmsilçisi Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin tamblinq üzrə yarışlarda fəxri kürsüdə yer almaq uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə dünya çempionları rusiyalı Vadim Afanasev və Aleksandr Lisitin olacaq. Qadın tamblinqçilər arasında isə son dünya çempionatının qalibi rusiyalı Viktoria Danilenko və dünya ikincisi britaniyalı Şanis Devidson bu yarışın qalibi olmaq üçün var gücləri ilə çalışacaqlar.