İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANIN BƏDİİ GİMNASTİKA ÜZRƏ YIĞMASININ MƏŞQÇİSİ AVROPA ÇEMPİONATINDA ƏLDƏ OLUNMUŞ NƏTİCƏLƏRDƏN RAZIDIR

22 aprel 2010

AZƏRBAYCANIN BƏDİİ GİMNASTİKA ÜZRƏ YIĞMASININ MƏŞQÇİSİ AVROPA ÇEMPİONATINDA ƏLDƏ OLUNMUŞ NƏTİCƏLƏRDƏN RAZIDIR

Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasilyeva Avropa Çempionatında əldə olunmuş nəticələrdən razıdır.

"Mən bizim idmançılarla fəxr edirəm və Avropa Çempionatında əldə olunmuş nəticələrdən çox razıyam", - cümə axşamı Vasilyeva Azərbaycan yığmasının Bakıya gəlişi zamanı deyib.

Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında Azərbaycan yığması iki medal qazanıb - topla təmrin zamanı Lalə Yusifova gümüş, çoxnövçülük üzrə yarışlarda isə Aliyə Qarayeva bürünc medal alıb.

Onun sözlərinə görə, çempionatın ilk günü Aliyə Qarayevanın çıxışı çox sevindirici olub.

"İndiyədək o, gimnastikanın ayrı-ayrı növləri üzrə medal qazanıb, lakin bu medalı çöxnövçülük üzrə qazandı", - məşqçi deyib. İkinci gün isə Lalə Yusifova gümüş medal qazanıb.

Məşqçinin sözlərinə görə, Azərbaycanın qrup komandaları da layiqli yer tutublar - yeniyetmələr Olimpiya Oyunları təsnifatında üçüncü yeri, böyüklərdən ibarət qrup isə çempionatın finalında ayrı-ayrı növlər üzrə 5-7-ci yerləri tutub.

Vasilyevanın sözlərinə görə, Azərbaycan komandası sentyabrın sonlarında keçiriləcək Dünya Çempionatına böyük səylə hazırlaşacaq.