İdman

gimnastikadan

başlayır

Həftəsonu qızıl medallarla yadda qaldı

17 sentyabr 2024

Həftəsonu qızıl medallarla yadda qaldı

Ötən həftəsonu Azərbaycanın akrobatika gimnastikası üzrə təmsilçiləri üçün qızıl medallarla yadda qaldı. Sentyabrın 12-dən 15-dək Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Dünya yaş qrupları yarışlarında, eləcə də gənclər arasında ilk Dünya çempionatında eyni vaxtda iki qızıl medal qazanıldı. Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidovadan ibarət qadın qrupu 13-19 yaş qrupunda uğurla finala vəsiqə qazanaraq qalib oldu (28.550 xal). Qrupumuz tarixdə ilk dəfə gənclər arasında Dünya çempionatının final beşliyinə daxil olaraq, İsrail, Hollandiya, Böyük Britaniya və Portuqaliya təmsilçıləri arasında 29.900 xal toplayaraq qalib gəldi. Yarışlarda digər qadın qrupları da çıxış edib: Dinara İbadova - Qəşənq Ağamoğlanlı - Ceyla Əlizadə (12-18 yaş), Diana Məmmədova - Sofiya Babayeva - Firuzə Qasımzadə (12-18 yaş), Ayan Hacılı - Aylin Məmmədova - Jasmin Əliyeva (13-19 yaş). Diana Məmmədova, Sofiya Babayeva və Firuzə Qasımzadədən ibarət qadın qrupu finalda (26.850 xal) beşinci yerə layiq görüldü. İndi növbə Portuqaliyada təşkil olunan akrobatika gimnastikası üzrə Dünya çempionatında çıxış edəcək böyük yaş kateqoriyasına daxil olan təmsilçilərindir.  İdmançılarımızı təbrik edir və onlara növbəti mötəbər beynəlxalq yarışlarda uğurlar arzulayırıq.